Şəhidin ailəsi ilə klip çəkdirdi - VİDEO

12 Oktyabr 2021 14:24

Əməkdar artist Gülüstan Əliyeva "Sənədn sonra" adlı yeni mahnısını və klipini təqdim edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işi Vətən müharibəsi şəhidi Yusif Nağıyevə həsr olunub. Mahnının musiqisi Nadir Əzimov, sözləri Fuad Biləsuvarlıya məxsusdur.

G.Əliyeva ekran işinin rejissorluğunu Nail Naiboğluna həvalə edib.

Milli.Az