Taksi qarşısına qəfil çıxan at qəza törətdi - Heyvan tələf oldu, iki nəfər yaralandı - VİDEO

12 Oktyabr 2021 17:42

Gecə saatlarında İstanbul Hava Limanından əcnəbi bir sərnişinlə ayrılan taksi sürücüsü atla toqquşub.

Milli.Az xəbər verir ki, qəza nəticəsində at tələf olub, sürücü və sərnişin isə yüngül xəsarət alıb. Taksi sürücüsü "at birdən maşının qabağına tullandı" deyib. Qəzaya uğrayan taksi evakuatorun köməyi ilə aparılıb.

Anar Əli
Milli.Az