Çində daşqınlar 15 can aldı

12 Oktyabr 2021 09:48

Çinin Şansi vilayətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ən az 15 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli hakimiyyət xəbər verib.

Ötən həftə daşqınlar nəticəsində 5 nəfərin öldüyü bildirilib.

Bildirilib ki, təxminən 34,9 milyon əhalisi olan vilayətdə 11 şəhər və 76 qəzanın 1 757 milyon sakini daşqınlardan əziyyət çəkib.

Milli.Az