"Microsoft"un ən köhnə proqramı yenilənəcək

12 Oktyabr 2021 09:12

"Microsoft" şirkəti yenilənmiş "Bloknot" ("Notepad") tətbiqini təqdim edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə TechRadar nəşri xəbər verib.

Jurnalistlər yenilənmiş proqramın skrinşotlarını sosial şəbəkələrdə yayımlayan korporasiya əməkdaşının məlumatlarına istinad ediblər.

"Windows" ekosisteminin ən köhnə tətbiqlərindən olan "Bloknot" tətbiqi redizayn olacaq.

Milli.Az