Məşhur aktrisa ikinci dəfə ərə getdi - FOTO

12 Oktyabr 2021 11:00

Məşhur "Addamslar ailəsi" serialında "Uenzdey" obrazı ilə məşhurlaşan aktrisa Kristina Riççi ötən gün ikinci dəfə ərə gedib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  bu barədə aktrisa İnstaqram səhifəsində stilist sevgilisi Mark Hemptonla fotosunu paylaşaraq məlumat verib.

Qeyd edək ki, ötən il ilk həyat yoldaşından boşanan aktrisa avqustda Markdan hamilə olduğunu bildirmişdi. Onun birinci evliliyindən Freddi adlı 7 yaşlı oğlu da var.

Milli.Az