Qadın mikroavtobusu saçı ilə dartaraq yanacaqdoldurma məntəqəsinə çatdırdı - VİDEO

12 Oktyabr 2021 18:12

İngiltərənin Northempton şəhər sakini mikroavtobusu dartaraq yanacaqdoldurma məntəqəsinədək çatdırıb. Bunun üçün 34 yaşlı xanım öz saçalrından istifadə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Polşa əsilli sirk ustası Anastasiya Savitskanın şəhər küçələrindəki şousu ətrafdakıların marağına səbəb olub.

Ssenariyə uyğun olaraq, o, yanacağı bitərək yolda qalmış nəqliyyat vasitəsinin ön hissəsinə xüsusi kəmər bərkidib. Kəmərin digər ucunu isə saçlarına bağlayaraq nəqliyyat vasitəsini yanacaqdoldurma məntəqəsinədək dartıb.

Milli.Az