Baş nazirin neftə bulaşmış heykəli ilə onun yolunu kəsdilər - FOTO

12 Oktyabr 2021 11:36

"Greenpeace" hərəkatının fəalları Britaniya Baş nazirinin iqamətgahı önündə etiraz aksiyası təşkil ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar Boris Consonun neftə bulaşmış heykəli ilə iqamətgahın yerləşdiyi Dauninq-Strit küçəsini bağlayıblar.

Bu yolla "yaşıllar" ölkədə yeni neft və qaz yataqlarının işlənməsinə qarşı çıxıblar. Aksiya zamanı fəallar enerji qiymətlərinin yüksəlməsi fonunda ənənəvi mənbələrdən imtina etməyin və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Milli.Az