Debüt mahnısı ilə rekord qırdı: Klipi bir sutkaya 73,6 milyon baxış topladı - VİDEO

12 Oktyabr 2021 13:24

Cənubi koreyvanın "Blackpink" qrupunun üzvü Lalisa debüt solo mahnısı ilə "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, onun klipi çıxışının ilk günü "YouTube" platformasında 73,6 milyon baxış toplayıb.

Bundan əvvəl solo ifaçılar arasında rekord 65,2 milyon baxışla Teylor Svift və onun "Me!" sinqlinə aid idi.

Milli.Az