Biləsuvarda “HOWO” yanıb

12 Oktyabr 2021 08:58

Biləsuvar rayonu ərazisində "HOWO" markalı yük avtomobilinin qoşqusunun 2 ədəd təkəri, banına çəkilən örtüyün bir hissəsi və banına yığılan 360 ədəd sobanın 60 ədədi yanıb.

Fövqəladə Hallar NAzirliyindən verilən məlumata görə, qoşqunun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az