İnsanları alçaldaraq minlərlə dollar qazanır

12 Oktyabr 2021 08:28

Tiktok istifadəçisi Nikki Foks adlı qadın sosial media hesabında insanları təhqir edərək, binlərlə dollar qazanır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, insanları alçaldaraq pul qazanmağın qəribə olduğunu ifadə edən Foks çox fərqli insanlarla qarşılaşdığını deyir.

Nikkinin sözlərinə görə, bir izləyicisi onu qəsdən alçaltması və ona kobud davranması üçün pul verib:

"Bir izləyicim mənə İnstaqramdan yazdı. Kommunal xərclərimi ödəmək istədiyini dedi və bildirdi ki, bunun qarşılığında onu alçaldan səs qeydi göndərməliyəm. Əvvəlcə bu istəyi başa düşmədim. Ancaq dediyini etdim və həqiqətən, hesabıma pul göndərdi".

Qadının bu etirafı paylaşdığı video qısa müddətdə gündəm olub və o, sosial media fenomeninə çevrilib. Ona çoxlu rəylər və bəyənmələr gəlib.

Milli.Az