Türkiyədə 117 yaşlı qadın koronavirusdan sağaldı

12 Oktyabr 2021 08:33

Türkiyədə koronavirusa yoluxan 117 yaşlı qadın sağalıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yaşlı qadın xəstəxanaya getmədən COVİD-19-a qalib gəlib.

Hakkarinin Akçadam kəndinin sakini Muteber Engindeniz, xəstəliyi ağır keçirmədiyi üçün ev şəraitində karantinə alınıb. O, bu müddət ərzində sadəcə, ağartı məhsulları qəbul edib.

Qeyd edək ki, 5 uşaq anası olan qadının 36 nəvəsi var.

Milli.Az