Elmir intihardan əvvəl votsapda bu statusu paylaşıb - FOTO

12 Oktyabr 2021 08:23

Sabirabadda intihar edən 2004-cü il təvəllüdlü Mirzəyev Elmir Məhəmməd oğlunun özünü asmamışdan öncə gecə saatlarında votsapda bununla bağlı status paylaşdığı üzə çıxıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 17 yaşlı Elmir intiharında dostlarını qınayıb.

"Bəlkə də siz bu statusu oxuyanda, artıq mən həyatda olmayacam. Özünüzə yaxşı baxın. Məni dost dediklərimin səhv başa düşməsi öldürdü. Səhv etdiniz və bu, ömrünüzün axırına kimi sizi peşman edəcək. Mənimki bura qədərmiş" -  deyə Elmir intiharından əvvəl yazıb.

Xatırladaq ki, rayonun Bulaqlı kənd sakini olan 17 yaşlı gənc özünü yaşadıqları evin həyətindəki yarımtikilidə asıb.

Qeyd edək ki, Elmir Mirzəyev Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub.

Milli.Az