"Twitter" yeni funksiyanı təqdim edib

12 Oktyabr 2021 07:45

"Twitter" sosial şəbəkəsi artıq bütün istifadəçilərə digər səhifələri abunəçilər siyahısından çıxarmağa imkan verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidməti bildirib.

Şirkət əlavə edib ki, abunəçilər siyahısıdan çıxarılanlar bu barədə bildiriş almayacaq.

Milli.Az