Məşhur polşalı pianoçu Lənkəran və Qəbələdə konsert verəcək
3 May 2010 18:42
Növbəti layihə məşhur polşalı pianoçu Stanislav Deanın Azərbaycanın bölgələrinə səfərini nəzərdə tutur.
Avropanın tanınmış pianoçusu mayın 5-də Lənkəranda, mayın 7-də Qəbələdə geniş tamaşaçı auditoriyası qarşısında çıxış edəcək. Həmin günlərdə Stanislav Dea yerli musiqi məktəblərində ustad dərsləri keçəcəkdir. O, gənc musiqisevərlərə Şopenin əsərlərini ifa etməklə yanaşı, korifey sənətkarın yaradıcılığından geniş bəhs edəcək.
Klassik musiqinin təbliğinə önəm verən Fondun dəstəyi ilə indiyədək Azərbaycan paytaxtında F.Şopenlə yanaşı, D.Şostakoviçin və M.Rostropoviçin yubiley gecələri təşkil olunmuşdur. Ənənəvi Beynəlxalq Rostropoviç festivalları, Qəbələ Beynəlxalq musiqi festivalı və piano müsabiqəsi gənc nəslin musiqi zövqünün formalaşmasına və hərtərəfli inkişafına xidmət edir.
/AzərTAc/