Baydenə kömək edən tərcüməçi Əfqanıstandan təxliyyə olundu

11 Oktyabr 2021 23:15

13 il əvvəl qar fırtınası zamanı keçmiş senator Co Baydenə kömək edən tərcüməçi Aman Xəlili Əfqanıstanı tərk edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Xəlili bir aydan çoxdur ki, Əfqanıstanda taliblərdən gizlənirdi. Tərcüməçi ailəsi ilə birlikdə quru yolla əvvəlcə Pakistana keçib, oradan isə amrikalı veteranların köməyi ilə "gizli əməliyyat"la yola salınıb.

Xatırladaq ki, Xəlili ABŞ ordusunun Əfqanıstanda təxliyyə əməliyyatı zamanı Kabil hava limanından çıxa bilməmişdi. Bu isə mediada Baydenin onun xidmətlərini unutması kimi qələmə alınmışdı. Ağ Ev isə açıqlamasında Xəlilini unutmadıqlarını və tezliklə təxliyyə olunacağını açıqlamışdı.

Milli.Az