Dillənçilik etməyin pis aqibəti

16 Oktyabr 2021 19:55

İslamın nəzərinə görə iki növ dilənçilik vardır: onun bir növü yaxşıdır və o biri növü pisdir. Yaxşı dilənçilk odur ki, insan özünü Allaha ehtiyaclı bilsin. Hər nə hacəti varsa, Allahdan istəsin. Başqa sözlə desək, Allahın dilənçisi olsun. Bu cür dilənçilk - bəyənilən əməldir. Insan fitri cəhətdən Allaha möhtacdır. Qurani-Kərim buyurur: "Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir)". ("Nisa" 32).

Pis dilənçilik isə odur ki, ehtiyac əlini insanlara tərəf açasan. Halbuki, onlar da sənin kimi ehtiyac sahibidirlər və hamısı Allaha möhtacdır. İnsanlara dilənçilk etmək pis əməldir. İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Allah Təala başqalarına dilənçilk etmək sifətini düşmən bilir. İstəyir ki, Ondan istəsinlər. Allah dərgahında heç bir ibadət Ona tərəf açılan istək əllərindən sevimli deyildir. Dua vasitəsilə hacətini Ondan istəyəsən. Məbada kimsə Allaha dilənçilik etməkdən xəcalət çəkər. Baxmayaraq ki, ayaqqabının bir bağına görə olsa belə".

İmam Sadiq (ə) buyurur: "İnsanlardan istəməkdən çəkinin, çünki dünya xarlığı, tez çatan yoxsulluq və Qiyamət günü hesabın uzun olması mənbəyidir".

İmam Cəfər Sadiq (ə) yenə buyurur: "Bizim davamçımız o kəsdir ki, insanlardan istəməz, baxmayaraq ki, aclıqdan ölsə belə".

İmam Əli (ə) buyurur: "İnsanlardan bir şey istəmək yoxsulluğun açarıdır".

Dilənçi insan öz şəxsiyyətini o qədər alçaldar ki, hətta şəhadət verməsi belə qəbul olunmaz. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, ehtiyac əlini başqalarına uzadar, şəhadəti qəbul olunmaz".

İmam Səccad (ə) Ərəfə günü insanların dilənçilik etdiyini görüb, buyurur: "Bunlar Allahın pis məxluqlarıdır. Çünki insanlar üzünü Allaha tərəf çeviribdir, bunlar isə insanlara tərəf".

Qurani-Məcidin nəzərinə görə dilənçini qovmaq da bəyənilməyən əməllərdəndir. "Və dilənçini (də) acıqla qovma". ("Zuha" 10). İmam Baqir (ə) buyurur: "Əgər dilənçi bilsə ki, dilənçilikdə nə pislik var, heç kəs başqasından istəməzdi. Əgər bağışlayan bilsəydi ki, bəxşişində hansı səadət gizlidir, heç bir zaman heç kəsi məhrum qoymazdı".

İmam Əli (ə) buyurur: "Ey Kumeyl! İstəyəni geri qaytarma, hətta əgər bir xurma və ya yarım üzümlə olsa belə". (Tebyan)

Allah Təala bizləri bu mübarək tövsiyələrə əməl edənlərdən qərar versin.

Milli.Az