Biləsuvarda yük avtomobili yanıb

11 Oktyabr 2021 21:59

Biləsuvar rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayon ərazisində "HOWO" markalı yük avtomobilinin qoşqusunun 2 ədəd təkəri, banına çəkilən örtüyün bir hissəsi və banına yığılan 360 ədəd sobanın 60 ədədi yanıb. Qoşqunun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az