İkiüzlülük necə əmələ gəlir?

14 Oktyabr 2021 21:55

Bir çoxlarımız səhər yuxudan ayılandan sonra üzümüzə sanki bir örtük taxıb, evdən bayıra çıxırıq. Mehriban insanın, insaflı insanın, düz danışan insanın örtüyünü. Bəzən bir insan üzünə yüz dənə niqab taxar. İnsanlar adətən iki üzə malikdirlər: zahiri və batinə üzə. O zaman ki, insanın batini zahiri ilə uyğun olmaz, ikiüzlülük meydana gələr. (Tebyan)

İkiüzlülük o zaman meydana gəlir ki, insan dəyər vermədiyi sifətləri nümayiş etdirməyə məcbur olur. Bir növ hiylə işlədir və riya edir. Riyakar insanın həm də batində qorxduğu sifətləri vardır. Misal üçün o zaman ki, biz bir məsələdə təhlükə hiss edirik, gizlənirik. Deyə bilərik ki, ikiüzlü olmaq da bu cür gizlənməkdir. Əlbəttə, bəzən də insan qorxu üzündən deyil, başqalarına fırıldaq gəlmək üçün riyakarlıq edir. Ona görə də riyanın həm qorxuda, həm də mənfəət axtarmaqda və imansızlıqda kökləri vardır.

İkiüzülülük valideyn tərəfindən hiss etmədiyi şəkildə övladına ötürülür. Həsəd - ikiüzlü olmağa təsir edən ən mühüm amildir. O kəs ki, ikiüzlüdür - sadiq və düz insan deyildir. Bu insan elə rəftar nümayiş etdirir ki, ona daha çox fayda verən hədəfə diqqətini cəlb edir. Hədəfinə çatmaq üçün isə minlərlə vasitədən istifadə edə bilir. Bu cür rəftar məhz ikiüzlü insanlara məxsusdur.

İkiüzlülük laqeydliyə yol açar və belə ailələrdə nifaq və yalan olar. Valideyndən övlada və oradan da cəmiyyətə ötürülər.

İkiüzlü insan təhlükəli ola bilər. İmam Əli (ə) buyurur: "İkiüzlü, həris və simic insanla məsləhətləşmə. Bu insanlar nəinki sizə düz yolu göstərməz, bəlkə sizi də düz yoldan azdırarlar".

Psixologiya elmi riyakarı dörd dəstəyə bölür: birinci dəstədə olanlar o kəslərdir ki, adlarını zahirdə sadiq ikiüzlü qoymaq olar. Bu insanların iddiası rəftar və əməlləri ilə təzad təşkil edər. Yəni, o zaman ki, insanların arasındadır, bir şey deyirlər, əməldə başqa şey edirlər. Onlar eyni zamanda sadiqdirlər, çünki etdikləri şeyə imanları vardır.

İkinci dəstə batini sadiq ikiüzlüdür və birinci dəstə kimi inancları rəftarları ilə fərqlidir. Bu dəstə də özləri ilə sadiqdirlər, çünki batinlərində necə insan olduqlarını bilirlər.

Üçüncü və dördüncü dəstə riyakarlar - daha qarışıq insanlardır. Psiolxoqların nəzərinə görə onlarla anlaşmaq əvvəlki iki dəstə ilə müqayisədə daha çətindir. Bu insanların həm iddiaları rəftarları ilə fərqlidir və həm də iddiaları fərqlidir. Onlar əgər hansısa bir işə inandıqlarını söyləyirlərsə, əslində həmin şeyə heç etiqad bəsləmirlər. Bu insanlar yalançıdırlar və düzgünə heç inanmırlar.

Ən qarışıq dördüncü dəstədir ki, dediyinə əməl edər, lakin dediyinə inancı olmaz. Başqalarını həmişə razı salmağa çalışar.

Milli.Az