AST Telmanın videosu yayıldı: Görün kimdən nə xahiş edir - VİDEO

11 Oktyabr 2021 18:18

Hazırda Rusiyanın tələbi ilə saxlanılan Telman İsmayılovun sosial mediada bir dəqiqəlik videosu yayılıb. 

Milli.Az-ın musavat.com-a istinadən məlumatına görə, videodan aydın olur ki, Telman İsmayılov məhkəmənin gedişindən, həmçinin obyektiv  aparılmayacağından narahatdır  və hüquq mühafizə orqanlarına, eyni zamanda məhkəməyə müraciət edir, Kərimov soyadlı şəxsin məhkəməyə gətirilməsinin arzusunda olduğunu bildirir. 

Xatırladaq ki, Çerkizovski bazarının keçmiş direktoru, AST Telman ləqəbi ilə tanınan Azərbaycanlı iş adamı Telman İsmayılov oktyabrın 2-də Monteneqroda saxlanılıb. Onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Son məlumatlara görə, onun Rusiyaya ekstrasiyası ilə bağlı hazırlıq gedir. 

Telman İsmayılovun videosunu təqdim edirik:

Milli.Az