Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisi ilə... - FOTO

11 Oktyabr 2021 19:42

Altın Portağal Film Festivalının mükafatlandırma mərasimində ən yadda qalan adlardan biri aktyor Tamer Karadağlı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor gecəyə özündən 30 yaş kiçik sevgilisi Iraz Yıldızla qatılıb.

Tez-tez özündən yaşca kiçik xanımla sevgili olması tənqid edilən Tamer bununla bağlı açıqlama verib. O, insanların şəxsi həyatı ilə bağlı danışmağa haqqı olmadığını bildirib:

"Bu mənim həyatımdır. Bu yaşımda kimdənsə icazə alacaq və ya kiməsə hesab verəcək deyiləm. Axı mən qanunsuz və ya çox pis bir şey etmirəm. İnsanların şəxsi həyatını şərh etmədiyim kimi, başqalarının da mənim özəlimə qarışmağa haqqı yoxdur. 25 yaşında biri ilə birlikdə olmağımın müzakirə olunacaq tərəfi yoxdur. Axı 25 az yaş deyil. O yaşda insanlar böyük şirkətlərdə menecerlik edir. Bu heç kimi maraqlandırmamalıdır".

Qeyd edək ki, festivalda T.Karadağlı ilə "İlin ən yaxşı aktrisası" adına layiq görülən Nihal Yalçın arasında gərginlik yaranıb.

Milli.Az