Ər-arvad Dağıstanda 50 qəpiyə qul kimi satıldı – TƏFƏRRÜAT – VİDEO - FOTO

12 Oktyabr 2021 05:33

Moskvalı cütlük - Pyotr Pelexanov və Olqa Lifatova tətillərini Sevastopoldakı Fiolent burununda keçirmək qərarına gəliblər. "Don" şossesində bir avtobus sürücüsü saxlayaraq onları istədikləri yerə aparmaq istəyib. Ancaq xəbərdarlıq edib ki, yolda Stavropola baş çəkəcək. Eyni zamanda onlara bir fermada işləmək təklifini də irəli sürüb, cütlük isə bundan imtina edib.

Pyotr yalnız sübh çağı Dağıstana gəldiklərini anlayıb. Sürücüdən öyrənib ki, onları digər sərnişinlərlə birgə kölə kimi satıblar.

Milli.Az xəbər verir ki, bu ifadələr Mash Telegram kanalında yer alıb.
Mənbə daha sonra yazır:

"Ertəsi gün Pyotr və Olqa öyrənib ki, Dərbənddə yerli iş adamı Yamudin Əhmədov onları 50 qəpiyə alıb. Bir ay həyatları belə keçib. Səhər saat dörddə oyadıblar, bütün günü Novaya Maka kəndindəki istixanalarda işləməyə məcbur ediblər və gecələr həyat üçün yararsız bir otaqda saxlayıblar. Yalnız oktyabrın əvvəlində Pyotr zibilin altında bir lyuk tapıb və kölə kimi saxlanılanlar qaçmağı bacarıblar. Moskvaya qayıtdıqdan sonra onlar ədalətə nail olmağı planlaşdırırlar. Dağıstanda polisə verdikləri ifadələr heç bir nəticə verməyib".

Milli.Az