ABŞ-a köçən Fəridin yeni görüntüləri

12 Oktyabr 2021 03:33

"Eurovision" təmsilçilərimizdən olan Fərid Məmmədov yeni görüntülərini yayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, uzun illərdir ABŞ-da yaşayan müğənni şərh bölümünü bağlayıb.

İnstaqramda gec-gec paylaşım edən Fərid uzun müddətdir müğənnilik peşəsindən də uzaqlaşıb. Onun Amerikada kuryer kimi çalışdığı bildirilib.

Qeyd edək ki, "Eurovision 2013"də Azərbaycanı təmsil edən sənətçi ikinci yeri tutmuşdu. Fərid 2016-cı ildə ailə qurub və bir övladı var.

Milli.Az