Azad Şabanovun ikinci övladı dünyaya gəldi

11 Oktyabr 2021 20:06

Müğənni Azad Şabanov ikinci dəfə ata olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, i, sənətçinin oğlu dünyaya gəlib. O, körpəyə Pənah Əli adını qoyub.

"Kaş ki, ürəyimdə olan avazı ifadə edə bilərdim, ölçülməzdir. Sevgimi heç bir səs və söz ifadə edə bilməz... Hər nəğməmin sətrində yalnız sənsən, iki oğlumun anası. Allahım, bizə yaxşı valideyn olmağı nəsib et... Hər bir yükə, ağrıya dözərəm, təki evə gələndə sizin gülüşlər məni qarşılasın" deyə, azad sevincini bölüşüb.

Qeyd edək ki, müğənni Toma adlı xanımla 2019-cu ildə ailə qurub. Cütlüyün ötən il Səid Əli adlı oğlu dünyaya gəlib.

Milli.Az