Qızı canlı efirdə Tacir Şahmalıoğludan danışdı - VİDEO

11 Oktyabr 2021 18:24

ATV-də yayımlanan "Zaurla Günaydın" proqramının budəfəki qonaqları müğənni Tacir Şahmalıoğlu və ailəsi olub.

Milli.Az xəbər verir ki, müğənni Tacir Şahmalıoğlu efirə həyat yoldaşı və oğluyla bərabər qızı Nuray da gəlib. 4-cü kurs tələbəsi Nuray atasından danışıb. O, bildirib ki, atası onun üçün ideal biridir. Veriliş zamanı Tacir qızı Nurayın ali təhsil ocağını bitirib işlədikdən sonra ailə həyatı qura biləcəyini deyib.

Qeyd edək ki, Tacir Şahmalıoğlu 26 ildir, Kəmalə adlı xanımla ailəlidir. Onların iki övladı var.

Milli.Az