ABŞ Əfqanıstana humanitar yardım göndərməyə razılıq verib

11 Oktyabr 2021 21:30

"Taliban" hərəkatı Əfqanıstana humanitar yardım çatdırılması barədə ABŞ-la razılığa gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Taliban" hərəkatının nümayəndəsi bildirib.

"ABŞ və Əfqanıstan İslam Əmirliyinin nümayəndə heyətləri arasında iki günlük dialoq uğurla nəticələnib... ABŞ nümayəndələri əfqanlara humanitar yardım göstərəcəkləri, yardımların çatdırılması üçün digər humanitar təşkilatları anbarlarla təmin edəcəkləri barədə vəd veriblər", - deyə Əfqanıstan müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin Qətərdə taliblərlə amerikalılar arasında keçirilən danışıqların yekunu barədə yayımladığı bəyanatında bildirilir.

"Taliban" hərəkatı tərəfindən xarici siyasət idarəsinin rəhbəri vəzifəsinə təyin edilən Əmir Xan Mottaki telekanala müsahibəsində tərəflərin ABŞ və hərəkat arasında Doha sazişinin həyata keçirilməsinin, həmçinin bir-birinin daxili işlərinə qarışmadan Vaşinqtonla Kabil arasında münasibətlərdə yeni səhifə açmasının zəruriliyinin müzakirə edildiyini deyib.

Milli.Az