Messidən TARİXİ QOL

11 Oktyabr 2021 15:46

Argentina millisi 2022 Dünya Çempionatının seçmə mərhələsinin 10-cu turunda Uruqvayı öz meydanında darmadağın (3:0) edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, argentinalıların qələbəsinə Lionel Messinin birinci hissənin sonunda atdığı qol kömək edib. 

Lionel Messinin ilk qolunda Uruqvayın qapıçısı Fernando Musleranın səhvi gündəm olub.

Oyunun 38-ci dəqiqəsində Lionel Messinin cərimə meydançasında göndərdiyi topa Nicolas Gonzalez toxuna bilmədi. Tərəddüd edən Muslera da topa müdaxilə edə bilməyib və Argentina bu qolla oyunda 1-0 önə keçib.

Argentina millisinin heyətində Rodriqo De Paul və Lautaro Martines də fərqləniblər. 

Qələbə argentinalılara 22 xal toplamağa imkan verib. Komanda ikinci yerdədir. Qrupa 28 xalla Braziliya başçılıq edir. Uruqvayın 16 xalı var və dördüncü yerdədir.

Növbəti turda Argentina oktyabrın 15-də Perunu qəbul edəcək. Uruqvay eyni gündə Braziliya ilə oynayacaq.

Milli.Az