Rusiyada daha 957 nəfər COVID-19-dan ölüb

11 Oktyabr 2021 15:40

Rusiyada son sutka ərzində daha 29 409 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 7 804 774 nəfərə çatıb.

Son sutka ərzində 957 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 217 372 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdə gəlir.

Milli.Az