Bu qan qrupunda şəkərli diabet daha çox olur - ALİMLƏR

11 Oktyabr 2021 23:50

Elmi tədqiqatlar daha çox üçüncü qan qrupunda şəkərli diabet xəstəliyinin rast gəlindiyini sübut edib.

Milli.Az xəbər verir ki, alimlər elmi araşdırmalarında şəkərli diabet xəstələrinin 45%-nin III qan qrupundan olduğunu aşkarlayıb. İkinci qrupun payına isə 28% düşüb.

Digər elmi işdə isə əksinə qan qrupu ilə diabetin əlaqəsi olmadığını sübut ediblər.
Birinci qan qrupu ilə şəkərli diabetin əlaqəsi araşdırılmayıb.

Halbuki Yer əhalisinin çox hissəsi I qrup qanı daşıyır.

Dietoloqlar I qan qrupunun DNT və genetik səviyyədə çox xroniki xəstəliklərə qarşı dözümlülük olmasını əsas gətirərək, onlarda diabetə az rast gəlindiyini əsaslandırır. /medicina.az

Milli.Az