İmmunitet üçün payızda bu qidaları çox yeməlisiz

11 Oktyabr 2021 23:39

İmmunoloq həkim Yevgeniya Parşina soyuq aylarda, payızda immuniteti möhkəm tutmaq üçün necə qidalanmalı olduğunuzu açıqlayıb.

Milli.Az xəbər verir ki, həkim daha çox vitaminlərlə zəngin qidalar seçməyi məsləhət görür.

"Xüsusilə viruslara qarşı lazım olan C vitamini balansını hər gün artırmalısız. Bunun üçün itburnu, şirin bibər, giləmeyvələr, sitrus meyvələri, liçon, cəfəri, kələm, alma, ananasdan biri hər gün menyuda olmalıdır.

Əzələ və bədən üçün qüvvətləndirici mənbə zülaldır. Zülal isə ət, balıq, süd məhsullarında və paxlalılardır. Bu ərzaqlardan da isti xörəklər bişirin". /medicina.az

Milli.Az