Ermənistanda COVID-19-dan ölənlərin sayı 5 575-ə yüksəlib

11 Oktyabr 2021 15:04

Ermənistanda son sutkada daha 601 nəfər COVID-19-a yoluxub.

Milli.Az bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 272 957-yə yüksəlib.

Bildirilib ki, son sutkada isə 26 nəfər ölüb və COVID-19-dan ölənlərin ümumi sayı 5 575-ə çatıb.

Virusdan 249 158 nəfər sağalıb. Hazırda 16 997 pasiyent müalicə olunur.

Milli.Az