Gürcüstanda koronavirusa yoluxanların sayı 635 mini ötüb

11 Oktyabr 2021 12:58

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 530 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 635 583, ölənlərin sayı isə 9 269 nəfərə çatıb. Virusa yoluxanlardan 602 372 (95%) nəfərin sağaldığı bildirilir.

Milli.Az