Vətənin aslan oğlu - VİDEO

11 Oktyabr 2021 18:42

Aslan Abbasovun şəhadətə yüksəldiyi gündür

Vətən müharibəsi qəhramanı şəhid Aslan Abbasov 25 dekabr 1995 ci ildə Bakı şəhərində doğulub. Əzizləri deyir ki, Tovuz döyüslərindən sonra özünə rahatlıq tapmırdı. Tezliklə müharibənin başlamasını və qisasını alacağı günü gözləyirdi və nəhayət onun arzuladığı an yetişir. Senntyabrın 27-si müharibənin başlama xəbərini sevinclə qarşılayan Aslanı heçnə durdura bilmir.

Milli.Az Real TV-yə istinadən bildirir ki, səbirsizliklə döyüşələrə qatılmaq istəyən qəhraman yoldaşları ilə birgə oktyabrın 3-ü Ağdərə-Tərtər istiqamətində bölüklərdən birinə göndərilir. Burda həmin ərazinin ən təhlükəli postuna gedəcəkləri xəbərini alan Aslan tələsik silah sursatını hazırlayır.

Ömrü qədər qısa lakin şərəfli döyüş yolu keçir Aslan, düsməndən bir neçə metr məsafədə olmağına baxmayaraq atılan güllələr qarşısında əyilməyi özünə təhqir hesab edir. Taktiki manevrlərdə belə düşmənin canına dik duruşu ilə vəlvələ salaraq ön xəttə bu vətənin aslanları bizik deyirdi. Oktyabrın 10-u qüruru ilə vətən keşiyinə gələn igid elə qüruru ilə də arzuladığı məqama ucalır.

Bu gün onun şəhadətə yüksəldiyi gündür. İndi hər kəs aslan qürurlu bu oğulu anaraq, onun məzarını ziyarət edərək, ruhuna dualar oxuyur, dillərə dastan vətən sevgisindən bəhs edirlər.

Milli.Az