Şəhid Elvin İslamovun anım günü idi - VİDEO

11 Oktyabr 2021 16:46

O, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub

Milli.Az Real TV-yə istinadən bildirir ki, Vətən müharibəsinin şəhidi İslamov Elvinin anım günüdür. Əslən Xızıdan olan Elvin 1995-ci ildə Bakı şəhərində anadan olub. Şəhidin əziz xatirəsi onun doğmaları, yaxınları tərəfindən yad edildi.

Şəhid Elvin İslamov 2013-2014-cü illərdə Xocavənd rayonunda xidmət edib. Onun vətən sevgisi bütün sevgilərdən üstün olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.

Elvin İslamov Füzuli istiqamətində gedən döyüşlərdə aldığı qəlpə yarası nəticəsində şəhidlik zirvəsinə ucalıb. Prezidentin Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", " Cəbrayılın azad olunmasına görə" medalalrı ilə təltif edilib.

Qeyd edək ki, Yasamalda onun adına "şəhid bulağı" da tikilib.

Milli.Az