Eyni ad, eyni alın yazısı - VİDEO

11 Oktyabr 2021 16:16

Şəhid İlyas Şahvələdovun anım günüdür

Vətən müharibəsinin qəhrəman övladlarından biri də Laçın rayonundan məcburi köçkün İlyas Şahvələdovdu.

Milli.Az Real TV-yə istinadən bildirir ki, bu gün Vətən müharibəsin qəhrəman oğullarından biri ola İlyas Nəriman oğlu Şahvələdovun şəhid olmasının bir ili tamam olur. Şəhidin anım mərasimində ailə üzvləri, şəhid ailələri, müharibə veteranları və qohumları iştirak ediblər. Şəhidin məzarı ziyarət edilərək, önünə gül dəstələri düzülüb.

İlyas Şahvələdovun əmisi Şahvələdov İlyas Nəriman oğlu da 1994-cü ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. İlyas onun adını daşıyırdı.

Vətən müharibəsin qəhrəmanı İlyas orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. Ən böyük arzusu hərbiçi olmaq olan İlyas müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda müqavilə əsasında xidmətə başlayır.

Aprel döyüşləri zamanı cəbhənin Qazax istiqamətində xüsusi fəallıq göstərən İlyas Şahvələdov xüsusi medal və fəxri fərmanlarla təltif edilir.

Əslən Laçın rayonunun Qorçu kəndindəndən olan İlyas Şahvələdov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Şahvələdov oktyabrın 10-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, İlyas Şahvələdov dövlət başçısının sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Milli.Az