Rusiyada COVID-19-dan ölüm hallarında daha bir rekord qeydə alınıb

12 Oktyabr 2021 22:04

Pandemiya başlayandan bəri peyvəndlənmə nisbəti aşağı olması səbəbindən ümumi yoluxmalar və xəstəxanaya yerləşdirilmə davam etdiyi üçün Rusiyada növbəti dəfə COVID-19-dan bir gündə ən yüksək ölüm halı qeydə alınıb.

Pandemiya ilə mübazirə işçi qrupunun 12 oktyabrda verdiyi məlumata görə, bundan əvvəlki 24 saat ərzində 973 nəfər həyatını itirib. Ard-arda altıncı gündür ki, ölüm hallarının sayı 900-dən çoxdur. Son məlumatlara əsasən, Rusiyada COVID-19-dan həyatını itirənlərin ümumi sayı 218 345-ə çatıb.

Səhiyyə işçiləri müvafiq dövürdə ölkə üzrə ümumi olaraq hər gün 25 mindən çox yoluxmanın qeydə alındığını xəbər verir.

Bir çox rusiyalı həkim və bəzi yüksək vəzifəli rəsmi şəxslər göstərilən rəqəmlərin ehtimal olunan ümumi məbləğin yalnız bir hissəsini təşkil ediyini bildirir. Dünyada Delta versiyası yayıldığı üçün ölkədəki artım tendensiyası digər ölkələrdəki tendensiyalara bənzəyir.

Lakin Rusiya rəsmiləri təxminən 146 milyon əhalisi olan bir ölkədə peyvənd nisbətinin inadla aşağı düşməsinin də yoluxmalara səbəb olduğunu bildirir.

Rusiya keçən il COVID-19-a qarşı ilk peyvəndi - Sputnik V-ni təsdiq edən ilk ölkə olub. Ancaq rusiyalılar yerli istehsal olan beş peyvənd və ya xarici istehsal olan peyvəndlərdən heç birini qəbul etmək istəmir.

Sağlamlıq siyasətinə nəzarət edən Baş nazir müavini Tatyana Qalikova keçən həftə ölkə əhalisinin yalnız 29 faizinin tam peyvənd olunduğunu bildirib.

Milli.Az