“Taliban” haradan maliyyələşir?

11 Oktyabr 2021 12:16

Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" əsas gəlir mənbəyi barədə məlumat verib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın mədəniyyət və informasiya naziri kimi təyinat alan Zabihullah Mücahid məlumat yayıb.

Z.Mücahid qeyd edib ki, hazırda hərəkatın əsas gəlir mənbəyi vergi və rüsumlardan yığılan vəsaitdir. Gələcəkdə isə hökumət mədən sənayesindən gəlir əldə etməyi düşünür.

Milli.Az