“Əhd etmişdim ki, anamı əllərimlə dəfn edim” - Əlikram Bayramov - VİDEO

11 Oktyabr 2021 13:22

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Əlikram Bayramov olub.

Milli.Az xəbər verir ki, sənətçi anasından danışarkən kövrəlib:

"Cavan bacım rəhmətə getdi. Anam ondan sonra dünyasını dəyişdi, dözmədi. Anam üçün canımı verərdim. O rəhmətə gedən gün qonşumuzda toy vardı. Həmin günü unuda bilmirəm. Əhd etmişdim. Anamı öz əllərimlə dəfn etdim. Daha sonra buna görə uzun müddət özümə nifrət etdim".

Milli.Az