Dünyanın ən zəngin 10 klubu

11 Oktyabr 2021 12:22

Dünyanın ən zəngin futbol klublarının adları açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Nyukasl"ın sahibinin dəyişməsi siyahıda da ciddi dəyişikliyə səbəb olub.

"Sağsağanlar" Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF), "PCP Capital Partners" və "RB Sports&Media"nın birləşməsindən ibarət 320 milyard funt-sterlinqlik büdcəyə malik şirkətə satılıb. Bununla Premyer Liqa təmsilçisi dünyanın ən zəngin klubuna çevrilib.

Bu mənada ilk "10-luq"dakı klublar bunlardır:

1. "Nyukasl" - 320 milyard funt-sterlinq
2. PSJ - 220 milyard
3. "Mançester Siti" - 21 milyard
4. "Leypsiq"/"Zalsburq" - 15,7 milyard
5. "Yuventus" - 14 milyard
6. "Çelsi" - 10,5 milyard
7. "Los Anceles Qalaksi" - 8,1 milyard
8. "Arsenal" - 6,8 milyard
9. "İnter" - 6,2 milyard
10. "Vulverhempton" - 5,2 milyard

Milli.Az