Alişan ölümdən döndü: Həkimdən 2 milyon istəyir...

11 Oktyabr 2021 10:46

Türkiyəli məşhur müğənni Alişan arıqlamaq üçün girdiyi əməliyyatda həkim səhvi ucbatından ölümdən dönüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mügənni həkimini məhkəməyə verərək 2 milyon lirə mənəvi, 10 min lirə maddi ziyan daxil olmaqla ümumilikdə 2 milyon 10 min lirə təzminat tələb edib.

"Dostum və sevdiyimiz biri olduğu üçün ona güvəndik. İki il əvvəl yanvarın ikinci həftəsində əməliyyat olundum.
Normalda bu əməliyyat 2-2.5 saat çəkir. Amma düz 5 saat yarım əməliyyat keçirdim. Bunu heç kimə demədim, hətta anama belə. Əməliyyatdan sonra bir gün xəstəxanada qaldım və iki gün sonra bədənimdə göyərmələr oldu. Həkim səhvi ucbatından ölümdən döndüm", - mügənni açıqlama verib.

Milli.Az