Zelenski onunla görüşsə, Ukraynaya xəyanət edəcək

11 Oktyabr 2021 12:28

Vladimir Zelenski və Vladimir Putinin təkbətək görüşünü Ukrayna cəmiyyətinin bir hissəsi milli maraqlara xəyanət və ya təslimiyyət olaraq qəbul edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.

Eks-nazir qeyd edib ki, belə bir görüşdə yalnız pasportlar (Donbasda - red.), dil və Putinin son vaxtlar təbliğ etdiyi başqa məqamlardan danışıla bilər.

Milli.Az