Bakıda unikal hadisə: bəylə gəlin... - VİDEO

11 Oktyabr 2021 13:40

Aqşin Evrən və Xəzər Süleymanlının Bakı 7-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında keçirilən imza günündə maraqlı hadisə baş verib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, hər iki müəllifin birgə yazdığı "Ayrılıqların təkrarı" romanının imza gününə bəylə gəlin də qatılıb.

Mərasimdə çıxış edən bəy Xəzər Süleymanlının qiraətlərinin dinləyicisi olduğunu bildirib və müəlliflərə uğurlar arzu edib.

Bəylə gəlinin imza mərasimində iştirak etməsi yarmarka iştirakçıları və təşkilatçılar tərəfindən böyük maraqla qarşılanıb.

Daha ətraflı videoda:

Milli.Az