“Ermənistan Avropanın 3 müxalif deputatın həbs edildiyi yeganə ölkəsidir” - Aram Vardevanyan

11 Oktyabr 2021 10:04

"Ermənistan Avropanın 3 müxalif deputatın qanunsuz həbs edildiyi yeganə ölkəsidir, özü də Milli Məclisin razılığı olmadan. Amma ABŞ səfiri, Avropa Birliyi ölkələrinin ölkəmizdəki diplomatları qətiyyətli sükutu saxlayırlar".

Milli.Az report-a istinadən bildirir ki, bu barədə parlamentin "Ermənistan fraksiyasının deputatı Aram Vardevanyan feysbukdakı səhifəsində yazıb.

Deputatın sosial şəbəkədə paylaşdığı videoçarxda ABŞ səfirinin 9 il əvvəl müxalif deputat Vardan Oskanyanın cinayət təqibi haqqında danışması əks olunub.

"ABŞ-ın Ermənistandakı səfiri 9 il əvvəl müxalif deputat Vardan Oskanyanın həmin vaxt cinayət təqibi haqqında danışırdı. Ölkənin daxili işi ifadəsi səfiri utandırmırdı", - o yazıb.

Milli.Az