Cahangir Əsgərov yenə AAAF-ın prezidenti seçildi

3 May 2010 18:17
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) rəhbəri Cahangir Əsgərov yenidən federasiyanın prezidenti seçilib.

O, qarşıdakı 5 ildə AAAF-a rəhbərlik edəcək. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov federasiyanın I vitse-prezidenti seçilib.

Tofiq Heydərova təsərrüfat, Elxan Əliyevə maliyyə məsələləri üzrə vitse-prezident, Yavər Hacıyevə baş katib, İskəndər Əsgərova isə icraçı direktor vəzifəsi həvalə olunub.

/Fanat.az/