Keçmiş məmurlardan müsadirə edilən vəsaitin məbləği açıqlandı

11 Oktyabr 2021 10:16

Əfqanıstanın əvvəlki rəhbərliyində çalışan məmurlardan müsadirə edilən vəsait nəticəsində Əfqanıstan Mərkəzi Bankına təxminən 17 milyon dollar pul daxil olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Mərkəzi Bankı öz "Facebook" səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, pullar əsasən Kabil, Pəncşir, Xost və Lövgər vilayətinə rəhbərlik etmiş keçmiş məmurların qeyri-qanuni yollarla əldə etdiyi vəsaitdir.

Milli.Az