Əfqanıstanda fəaliyyət göstərən yeganə idman kanalı yayımını dayandırdı

11 Oktyabr 2021 09:46

Əfqanıstanda yeganə ixtisaslaşmış idman televiziya kanalı "3 sport" maliyyə problemləri səbəbindən fəaliyyətini tamamilə dayandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, telekanalın idarə heyətinin rəhbəri Şafikulla Səlim Poyya bildirib ki, kanalın öz fəaliyyətini dayandırması maliyyə problemlərindən əlavə, "Taliban" tərəfindən onlara qoyulan müəyyən qadağalarla əlaqədardır.

O əlavə edib ki, son vaxtlar hadisə baş verən yerə yollanan telekanalın reportyorları mütəmadi olaraq müxtəlif məhdudiyyətlərlə üzləşiblər.

Qeyd edək ki, "Taliban"ın siyasi hakimiyyətə gəlməsindən sonra Əfqanıstanda 150-dən çox kütləvi informasiya vasitəsi fəaliyyətini dayandırıb.

Milli.Az