5 ildən sonra hər şeyi açıqladı

11 Oktyabr 2021 10:10

33 yaşlı Adel Britaniyanın "Vogue" dərgisinin növbəti siması olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni 5 ildən sonra ilk dəfə obyektiv qarşısına keçib və müsahibə verib. O, amerikalı biznesmen Saymon Konekki ilə boşanmasından, yeni sevgilisi Riç Polomdan, artıq çəkidən xilas olmasından danışıb.

"30 yaşım olanda həyatım dağıldı. Xoşbəxt deyildim. Nə Saymon, nə də mən günahkar deyildik. Tək istəyim o idi ki, oğlum gerçək sevgimi görsün. Həmin andan gerçək xoşbəxtlik axtarışına çıxdım" deyə, Adel boşanması haqda danışıb.

Müğənni boşanmaqdan utandığını söyləyib:

"İlk vaxtlar utanırdım. Biz qadınlara hər zaman tərbiyə verirlər ki, ailəni qoru. Hətta uşaq vaxtı baxdığımız filmlərdə də bunu görürdük. Həmin ərəfədə ayrılıq qəlbimi parçalayırdı. İndi isə gerçəkləri anlayıram".

Artıq çəkidən xilas olmasından bəhs edən Adel "Məşqlərə başladım. Heç vaxt arıqlamağı düşünmürdüm. Sadəcə sağlamlığımı qorumaq istəyirdim. Məqsədim özümə çox vaxt ayırmaq və güclü olmaq idi. Gündə iki və ya üç dəfə məşq edirəm. Gündüz ağır hərəkətlər edirəm, günorta isə boksla məşğul oluram. Axşam isə qaçıram" sözlərini əlavə edib.

Milli.Az