Zamiq özünü niyə bəyənmir?

11 Oktyabr 2021 09:40

Müğənni Zamiq Hüseynov oxuduğu mahnılara qulaq asa bilmədiyini etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Özəl" proqramında danışıb. O bildirib ki, öz ifasını hər zaman tənqid edir:

"Geridə qalan illərdə oxuduğum mahnılara indi qulaq asa bilmirəm. Hamısını yenidən oxumaq istəyirəm. Düşünürəm ki, uşaq səsi idi. Düz oxumamışam. Mənim fikrim budur. Maşında və ya radioda qulaq asanda, tənqidi yanaşıram. Deyirəm, kaş bunu belə edərdim. Özümə qulaq asa bilmirəm".

Milli.Az