Yevlaxda piyadanı avtomobil vurub

11 Oktyabr 2021 08:09

Yevlaxda yoldan heyvanları keçirən yaşlı qadını maşın vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Salahlı kəndi ərazisindən keçən magistralda baş verib.

"Niva" markalı avtomobil yolun digər tərəfinə heyvanları keçirən 1956-cı il təvəllüdlü kənd sakini Qasımova Firəngiz Cəfər qızını vuraraq, ona çoxsaylı bədən xəsarətləri yetirib. Yaralı qadın ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az