Dünyada koronavirusa yoluxanların sayı 238 milyonu ötüb

11 Oktyabr 2021 08:20

Dünyada son sutka ərzində koronavirusa 260 361 yoluxma hadisəsi qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dünyada yeni koronavirusa yoluxanların ümumi sayı 238 627 594, ölənlərin isə 4 866 904 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 45 203 478 (+27 324) nəfər. Siyahıda daha sonra Hindistan (33 971 293), Braziliya (21 575 820), Britaniya (8 154 306), Rusiya (7 775 365), Fransa (7 056 511), İran (5 702 890), Argentina (5 265 859), İspaniya (4 973 619), Kolumbiya (4 972 236) və İtaliya (4 700 316) gəlir.

Milli.Az