Britaniyada koronavirusa 34 mindən çox yeni yoluxma halı qeydə alınıb

11 Oktyabr 2021 08:04

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 34 574 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 154 306 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 38 nəfər, hazırkı dövrədək isə 137 735 nəfər vəfat edib.

Milli.Az